Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalını artırır

«Bank of Baku» nizamnamə kapitalını artırır
# 24 noyabr 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmomics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) növbəti ilin əvvəlində nizamnamə kapitalını iki dəfə artıraraq 13,6 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Cəlal Qasımov bildirib.

C.Qasımovun sözlərinə görə, nizamnamə kapitalı bankın 2009-cu il ərzində əldə etdiyi mənfəətin hesabına artırılacaq. Qeyd edək ki, strateji plana əsasən, bank bu il ərzində 7 mln. manata yaxın mənfəət proqnozlaşdırıb. Hazırda bankın nizamnamə kapitalı 6,8 mln. manatdır.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR