Bank Of Baku

Son bir ildə AYİB Azərbaycan iqtisadiyyatına sərmayələrini 3,5 dəfə artırıb

Son bir ildə AYİB Azərbaycan iqtisadiyyatına sərmayələrini 3,5 dəfə artırıb
# 24 noyabr 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 19 011,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AYİB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çoxdur. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində AYİB-in investisiyalarının xüsusi çəkisi 1,6% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yönəldir. Hazırda AYİB ilə Azərbaycan hökuməti arasında nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR