Bank Of Baku

Gələn ildən Azərbaycanda ƏDV ödəyicilərindən vergi-hesab fakturaları elektron formada qəbul ediləcək

Gələn ildən Azərbaycanda ƏDV ödəyicilərindən vergi-hesab fakturaları elektron formada qəbul ediləcək
# 24 noyabr 2009 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn il yanvarın 1-dən Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyatdan keçmiş və ƏDV-yə cəlb edilən əməliyyat aparanlardan vergi-hesab fakturaları elektron formada qəbul ediləcək.

Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Bunun üçün vergi ödəyiciləri Vergilər Nazirliyinin veb-saytında (www.taxes.gov.az) elektron bəyannamələrin qəbulu üzrə xüsusi səhifədən istifadə edəcəklər. Elektron vergi-hesab fakturalarını yalnız Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinə qoşulub müqavilə bağlamış ƏDV ödəyiciləri tərtib edə bilərlər.

Nazirlikdən bildirilib ki, müvafiq qaydalara uyğun tərtib edilməyən elektron vergi-hesab fakturası ƏDV-nin və aksizin əvəzlənməsinə əsas verməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR