Bank Of Baku

«Bank of Baku» gələn il iki iri maliyyə qurumundan növbəti kreditlərini cəlb edəcək

«Bank of Baku» gələn il iki iri maliyyə qurumundan növbəti kreditlərini cəlb edəcək
# 24 noyabr 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) növbəti il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB), həmçinin Özəl İnvestisiya Fondundan mikro-kreditlər cəlb etmək niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Cəlal Qasımovun «APA-Economics»ə verdiyi məlumata görə, bu təşkilatların hər birindən 1-5 mln. ABŞ dolları həcmində kreditlərin cəlb edilməsi nəzərdə tutulub: «Hazırda həmin maliyyə institutları ilə danışıqlar davam etdirilir. Bu gün bankın likvidliyi çox yüksəkdir və bunu nəzərə alaraq özümüz bu danışıqlara ciddi təkan vermirik».

C.Qasımovun sözlərinə görə, hər iki maliyyə qurumundan cəlb ediləcək vəsaitlər ölkədə kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək. Bank mikro-kreditlərdən başqa, istehlak bazarında da aktivliyini davam etdirəcək. Belə ki, vəsaitlərin bir hissəsi istehlak kreditləri üçün də ayrıla bilər.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyət göstərib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR