Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bir neçə tender elan edib

Azərbaycan Mərkəzi Bankı bir neçə tender elan edib
# 24 noyabr 2009 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə təkliflər sorğusu elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, elan edilmiş təkliflər sorğusuna AMB yanında Maliyyə Monitorinqi Xidməti üçün kompüter avadanlıqlarının alınması, qurumun internet şəbəkəsinə qoşulmasının təmin edilməsi, AMB-nin inzibati binasının kovralit örtüyünün sulu-kimyəvi təmizlənməsi və AMB-nin inzibati, 2 saylı xəzinə, Sumqayıt EM binalarında olan yanğınsöndürmə balonlarının doldurulması daxildir.

Sorğuda iştirak haqqı birinci və ikinci lotlar üzrə 50 manat, üçüncü lot üzrə isə 20 manatdır.

Qeyd edək ki, möhürlənmiş və imzalanmış təklif zərfləri bu ilin dekabr ayının 3-dək AMB-nin inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsi tərəfindən qəbul ediləcək.

Zərflər bu ilin dekabr ayının 4-də AMB-nin inzibati binasında açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR