Bank Of Baku

«MuğanBank» «Visa Infinite» kartlarının emissiyasına başlayıb

«MuğanBank» «Visa Infinite» kartlarının emissiyasına başlayıb
# 24 noyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MuğanBank» Səhmdar Kommersiya Bankı (SKB) VİSA beynəlxalq ödəniş sisteminin «Visa Infinite» plastik kartlarının emissiyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Visa Infinite» kartları bankda artıq mövcud olan «VİSA International» və «MasterCard» ödəniş kartları ilə yanaşı fəaliyyət göstərəcək və bankın plastik kart məhsul və xidmətlərinin çeşidini əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu kartlardan ölkə ərazisində, eyni zamanda dünyanın 200 ölkəsində olan bankomatlardan nağd pulun çıxarılması, ticarət və ya xidmət obyektlərində mal və ya xidmətin haqqının qeyri-nağd ödənilməsi, habelə internet şəbəkəsində elektron ödənişləri həyata keçirmək məqsədilə istifadə etmək olar.

Qeyd edək ki, hazırda «MuğanBank» ASC «VİSA International» və «MasterCard» ödəniş sistemlərinin 7 mindən artıq plastik kartını emissiya edib. Bu rəqəmin gələn ilin əvvəlinə daha artırılması planlaşdırılıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «MuğanBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 130,618 mln. manat, depozit portfeli 58,814 mln. manat, kredit portfeli 79,026 mln. manat, məcmu kapitalı 21,960 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat olub.

Bankın hazırda 27 filialı, 30 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR