Bank Of Baku

«Bank of Baku» gələn il yeni depozit kampaniyasına başlayacaq

«Bank of Baku» gələn il  yeni depozit kampaniyasına başlayacaq
# 25 noyabr 2009 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) növbəti ilin yanvar-fevral aylarında yeni depozit kampaniyasına başlayacaq.

Bankın İdarə Heyətinin sədri Cəlal Qasımovun «APA-Economics»ə verdiyi məlumata görə, kampaniyanın konsepsiyası bankın İdarə Heyəti tərəfindən tam başa çatmadığı üçün bu barədə ətraflı məlumat vermək çətin olacaq. Bu kampaniyanın digər kampaniyalardan fərqli cəhəti ondan ibarətdir ki, burada əmanətlər deyil, vəsaitlərlə bağlı fondun yaradılması nəzərdə tutulub.

C.Qasımovun sözlərinə görə, yeni depozit kampaniyası ilə bağlı bankın əmanətlər üzrə faiz dərəcəsi artırılmayacaq. Çünki hazırda bazarda olan yüksək likvidlik depozitlər üzrə faiz dərəcələrinin artırılmasına şərait yaratmır.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-dən «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari il oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR