Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» kredit portfelinin həcmini 10% artıracaq

«Azərbaycan Sənaye Bankı» kredit portfelinin həcmini 10% artıracaq
# 25 noyabr 2009 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Econiomics. «Azərbaycan Sənaye Bankı» cari ilin sonunadək kredit portfelinin həcmini 10% artıraraq 71,195 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Ahmet Yeman bildirib.

A.Yemanın sözlərinə görə, bu il ərzində mövcud səhmdarlar tərəfindən banka iri həcmli vəsaitlər ayrılıb və bu vəsaitlərin bir hissəsi bankın nizamnamə kapitalının artırılmasına, qalanı isə kredit portfelinin genişləndirilməsinə sərf edilib: «Bundan başqa, bilirsiniz ki, bank tərəfindən depozit kampaniyası da keçirilir. Həmin kampaniya çərçivəsində depozit portfelinin həcmi bir qədər artıb. Artımları nəzərə alaraq bank həmin vəsaitləri ölkə iqtisadiyyatına, həmçinin əhaliyə və real sektora kredit şəklində vermək niyyətindədir».

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 104,183 mln. manat, depozit portfeli 69,096 mln. manat, kredit portfeli 57,775 mln. manat, məcmu kapitalı 23,377 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edir.

Bankın respublika üzrə 9 filialı, 23 bankomatı və 257 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR