Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn aydan aktuarilər üçün kurslar keçirəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn aydan aktuarilər üçün kurslar keçirəcək
# 25 noyabr 2009 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu il dekabr ayının 1-dən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin aktuariləri üçün ödənişli kurslara başlayacaq.

ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan Maliyyə Nazirliyi, ASA və xarici təşkilat - «East-West Managment» tərəfindən təşkil olunan kurslar üç həftə davam edəcək. Ödənişli əsaslarla həyata keçiriləcək kurslarda «East-West Managment»in müəllimləri tərəfindən aktuarilərə «Aktuari 3B» proqramı tədris olunacaq.

Q.Məcidovun sözlərinə görə, kurslarda iştirak edəcək aktuarilərin sayı müraciət edəcək sığorta şirkətlərin sayından asılı olacaq.

Qeyd edək ki, aktuari - peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində mütəxəssisdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR