Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətində Britaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Beynəlxalq Sığorta Şirkətində Britaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
# 25 noyabr 2009 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti Britaniyanın «London Management Centre plc» (LMC), «Integro Insurance Brokers», «The PBN Company» və «London Corporate Training» şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, görüş «Middle East Association»nun dəstəyi və Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə Azərbaycanda keçirilən Britaniyanın ticarət proqramı missiyası çərçivəsində baş tutub. Missiyanın iştirakçıları iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən və Azərbaycanın aparıcı şirkətləri ilə işgüzar münasibət və əlaqə yaratmaqda maraqlı olan Böyük Britaniyanın biznes dairələrinin nümayəndələridir.
Şirkətdən bildirilib ki, hələlik bu görüşlər tanışlıq xarakteri daşıyır və onların əsas məqsədi tərəfdaşlıq münasibətlərinin yaradılması və maliyyə xidmətləri, tikinti biznesi, Britaniya bazarında Azərbaycan şirkətlərinin maraqlarını nümayiş etdirmək, yerli şirkət nümayəndələrinin xaricdə təlim alması və digər sahələrdə qarşılıqlı mənfəətli yolların tapılması imkanlarını müzakirə etməkdir.
Qeyd edək ki, ümumilikdə Bakıya 17 Britaniya şirkətinin nümayəndəsi gəlib.
Xatırladaq ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Şirkət nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə sığorta təşkilatları sırasında ilk yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR