Bank Of Baku

«VTB Bank» (Azərbaycan) nizamnamə kapitalını kəskin artırır

«VTB Bank» (Azərbaycan) nizamnamə kapitalını kəskin artırır
# 26 noyabr 2009 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «VTB Bank» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 80 mln. ədəd, emissiyanın ümumi həcmi isə 16 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «VTB Bank» (Azərbaycan) yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,6 dəfə artaraq 26 mln. manata çatacaq.

Xatırladaq ki, 2007-ci ildə «VTB Bank» (Azərbaycan) «AF-Bank» Səhmdar Kommersiya Baknının nizamnamə kapitalında 51% iştirak payı alıb. Bu ilin fevralında bankın adı «VTB Bank» (Azərbaycan) ASC-yə çevrilib. VTB-nin (Rusiya «Vneştorqbank»ının törəmə qurumu) Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir. Hazırda bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR