Bank Of Baku

«Qarant Sığorta» şirkəti yeni kampaniyaya başlayıb

«Qarant Sığorta» şirkəti yeni kampaniyaya başlayıb
# 26 noyabr 2009 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti avtomobil sığortası ilə bağlı yeni «Qarant Avto» adlı kampaniyaya başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, öz avtomobilini «Qarant Sığorta»da «Qarant Avto» proqramı üzrə sığortalamış hər bir vətəndaş «Qarant ev» proqramı üzrə əmlakın sığortalanmasına 20% güzəşt əldə edəcək. Kampaniya dekabrın 1-dən gələn ilin martın 31-dək davam edəcək.

Xatırladaq ki, «Qarant Avto» məhsulu cari ilin oktyabr ayının əvvəlində «Qarant Sığorta» şirkəti tərəfindən bazara təqdim edilib. Müştəri avtomobilini sığortaladığı anda sığorta mükafatının yalnız 50%-ni ödəyəcək, digər hissəsi isə sığorta hadisəsinə görə ilk sığorta ödənişi alındıqda ödəniləcək.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR