Bank Of Baku

«Nikoil Leasing» ilin əvvəlindən portfelini 4% azaldıb

«Nikoil Leasing» ilin əvvəlindən portfelini 4% azaldıb
# 26 noyabr 2009 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin noyabr ayının 1-nə 5,620 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 3,6% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək şirkət tərəfindən 11 lizinq müqaviləsi bağlanılıb ki, bu müqavilələrin dəyəri 7 mln. manata yaxındır.

Şirkətin lizinq portfelinin diversifikasiyasına gəldikdə isə, portfelin 80.38%-ni xüsusi avadanlıqlar, 15,7%-ni xüsusi təyinatlı texnika, 2,2%-ni yük maşınları, 1,72%-ni bank avadanlıqları təşkil edib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkət lizinq əməliyyatlarını illik 18-30% ilə, 1-5 il müddətinə maliyyələşdirir və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.

Qeyd edək ki, bu yaxınlarda şirkətin baş ofisi Bakı şəhəri Cəfər Cabbarlı küçəsi,44 ünvanında yerləşən «Caspian Plaza» Biznes Mərkəzinə köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR