«Muğan Bank» dövriyyəyə uduşlu istiqrazlar buraxıb - MÜSAHİBƏ
- Bugünkü gərgin iqtisadi durumda ağıllı yaponlar büdcəyə əlavə vəsait cəlb etmək məqsədilə ümumi dəyəri 400 mlrd. dollar olan dövlət qiymətli kağızlarını emissiya edib. Sizin bu yeni məhsul - adsız istiqrazları emissiya etmək ideyanız eyni şəraitlə əlaqəlidirmi və ya bunu böhran əleyhinə tədbir adlandırmaq olarmı?
- Bildiyimiz kimi, Azərbaycan qlobal maliyyə böhranına inamla tab gətirdi və bu gün ölkə iqtisadiyyatının hər bir sektorunda inkişaf meylləri müşahidə olunur. Azərbaycanın bank sistemi ölkə iqtisadiyyatının tərkib hissəsi olaraq maliyyə böhranı şəraitində özünün müsbət tərəflərini bir daha nümayiş etdirdi. Adsız istiqrazların buraxılması fikri bankın ümumi strategiyasına xas bir addımdır. Belə ki, bizim bank hər zaman bazara yeni məhsulların təklif olunması ilə seçilib. Bankımız tərəfindən aparılan marketinq araşdırmaları bazarda məhz belə bir məhsula müəyyən tələbatın olmasını bir daha sübut etdi və bu, məhsulun bazara çıxarılmasına qərar vermək üçün əsas oldu. Qeyd etmək istərdim ki, ümumi emissiya 200 min ədəddir, emissiyanın həcmi 10 mln. manat təşkil edir və 10 il müddətinə dövriyyəyə buraxılıb. Adsız istiqrazların dövriyyəyə buraxılması «Muğan Bank» üçün vəsaitin cəlb olunması məqsədilə deyil, bankın inkişaf strategiyasının tərkib hissələrindən birinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
- Mümkündürsə, istiqrazlar, onların haradan alınması və alınma şərtləri haqda ətraflı məlumat verərdiniz. Uduş fondu nə qədərdir və ilk tiraj nə zaman keçiriləcək?
- Bizim bankın istiqrazlarını bankın baş ofisindən və ya respublika üzrə fəaliyyət göstərən 27 filialın hər birindən almaq olar. Qeyd etdiyimiz kimi, bu istiqrazlar adsızdır və onu təqdim edən istənilən şəxs nominalı, nominala hesablanmış illik faizi və uduşu tam sərbəst ala bilər. Bankın öhdəliklərinə əsasən, tərəfimizdən 10 il ərzində hər 45 gündən bir ümumilikdə 80 uduş tirajı keçiriləcək. Hər tirajdan sonra növbəti tirajadək ilk 15 gündə alınan hər istiqraza görə 50 qəpik, ikinci 15 günlükdə alınan hər istiqraza görə 1 manat və uduş tirajına yaxınlaşdıqca, yəni üçüncü 15 günlükdə hər bir alınan istiqraza görə 1 manat 50 qəpik komissiya ödəniləcək. İlk tiraj Yeni il ərəfəsində - bu ilin dekabr ayının 15-də ictimaiyyət, KİV nümayəndələri və ən əsası, istiqraz sahiblərinin iştirakı ilə keçiriləcək. Tiraj zamanı 4 ədəd şəffaf lototrondan istifadə olunacaq və 200 min ədəd istiqrazın hər biri uduşda iştirak edəcək. İstiqraz sahibləri hər tiraj barədə xəbərdar olunacaqlar.
Söhbətimizin əvvəlində siz sovet istiqrazları barədə mövzuya toxundunuz. Mən onun əsas fərqlərini izah etmək istərdim. Birincisi, bizim məhsul sovet istiqrazlarına nisbətən daha böyük uduş fonduna malikdir, yəni ildə 9% təşkil edir. Bunu sovet istiqrazlarının 3%-i ilə müqayisə edə bilərsiniz. Bundan əlavə, biz illik 2% gəlirlilik təmin edirik, SSRİ dövründə isə uduşdan əlavə illik heç bir gəlir nəzərdə tutulmayıb.
Başqa sözlə desək, əgər istiqrazlar uduşsuz olarsa belə, o zaman istiqraz sahibi istiqrazı qaytarmaqla, nominalın tam dəyərini, həmçinin nominala hesablanmış illik faizi ala bilər. Belə bir sistem sovet istiqrazlarında mövcud deyildi. Uduş fondu 8,8 mln. manat təşkil edir, yəni emissiyanın 90%-ə qədəri 10 il ərzində uduş fonduna yönələcək.
Yeri gəlmişkən, irsən qalmış bir vərdişi xatırladaq: istiqrazlar yaxınlara, dostlara, ailə şənliklərində yaxşı, qiymətli hədiyyə ola bilər. Bütün bunlarla yanaşı, bu məhsulun mühüm xüsusiyyətlərindən biri də odur ki, istiqraz sahibi istiqrazı bankın hansı satış məntəqəsindən almasından asılı olmayaraq, istənilən zaman bankın baş ofisində və yaxud bankın filiallarından birində istiqrazı təhvil verib pulunu geri ala bilər. Bu istiqrazlar hər zaman nağd pul deməkdir.
- «Siz 10 min manat uddunuz!». Bu sözlər bütün müddət ərzində 160 dəfə səslənəcək?
- 10 min manatı hər 45 gündən bir tiraj zamanı intizarla gözləyənlərdən - «Muğan Bank»ın istiqraz sahiblərindən 2 nəfərin udmaq şansı olacaq. On il ərzində 160 istiqraz sahibi 10 min manat udmaq şansını qazanacaq. Beş şanslı istiqraz sahibi isə 5 min manata sahib ola bilər və istiqrazların qüvvədə olduğu müddət ərzində bu məbləğ 400 istiqraz sahibinin büdcəsini artıra bilər. Bu kampaniyada 2500 manat 10 istiqraz sahibini - bütün dövr ərzində 800 istiqraz sahibini, 1000 manat 18 istiqraz sahibini - bütün dövr ərzində 1440 istiqraz sahibini, 500 manat 29 istiqraz sahibini - bütün dövr ərzində 2320 istiqraz sahibini, 250 manat 30 istiqraz sahibini - bütün dövr ərzində 2400 istiqraz sahibini və nəhayət, 100 manat hər tirajda 6 istiqraz sahibini - bütün dövr ərzində 600 istiqraz sahibini sevindirə bilər.
Bankın mütəxəssislərinin hesablamalarına əsasən, orta gəlirliliyə malik hər bir vətəndaşa ailə büdcəsinin qənaət olunmuş hissəsini depozitə deyil, istiqraza - pulun etibarlı və əlverişli yerləşdirilməsinə yatırım etməsi sərfəlidir. Belə ki, bu yatırım müxtəlif pul uduşları şansı və istənilən anda nağd pul deməkdir. Lotereyalarla tiraj qabağı istiqraz sahibinin emosional vəziyyətini müşahidə etsək, heç bir zaman sönməyən ümid və uduş şansı hər bir insana məxsusdur. Pulun nəinki tez, hətta bir anda xərclənmə kimi xüsusiyyətləri var və belə bir məhsul bizə böyük olmasa da, əlavə vəsaitimizi istiqrazlara yatırım etmək imkanını yaradır. Axı bu qiymətli kağızlar sadəcə istiqraz deyil, klassika, müxtəlif pul uduşlarına böyük şans, illik gəlir və istənilən anda onları pula çevirə bilmək imkanıdır.
- Rasim müəllim, 10 ilə təminat varmı?
- Qeyd edək ki, istiqrazların ödənilməsinin təminatçısı kimi emitent özü çıxış edir. Bu qiymətli kağızın emissiya olunması məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən müvafiq icazə alınması üçün təqdim olunmuş sənədlər toplusunda bankın öhdəlikləri dəqiq göstərilib və bank üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarındadır. Bu proyektin ilk günlərinin gedişi bir daha təsdiq edir ki, bankımızın proyekt üzrə biznes planı əsaslanmış arqumentlər üzərində qurulub.
- Tirajların şəffaf keçirilməsi vəd edilir...
- Qeyd etdiyimiz kimi, ilk tiraj bu ilin dekabr ayının 15-də keçiriləcək. Tirajın keçirilməsi zamanı istiqraz sahiblərinin iştirak etmək imkanlarının olması faktı ilə yanaşı, hər bir tiraj bankın internet (www.muganbank.az) saytında birbaşa canlı nümayiş etdiriləcək. Bundan əlavə, bütün tirajların uduşa düşmüş istiqrazların nömrələri əks olunan cədvəllərinin nəşrini həm bankın saytında, həm də «Xalq qəzeti»nin səhifələrində dərc olunacaq.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
Makronun zəifləyən nüfuzu fonunda Azərbaycana qarşı kampaniyası - TƏHLİL
Tramp: Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib
Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp: Bu gün yenidən İranı sərt şəkildə vuracağıq
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Dəniz mənzərəsi, park yaxınlığı və ipoteka imkanı bir arada - “Kristal”
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək