Bank Of Baku

«Parabank» nizamnamə kapitalını artırır

«Parabank» nizamnamə kapitalını artırır
# 26 noyabr 2009 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Parabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) imtiyazlı sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Parabank» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 14,9% artaraq 11,570 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 74,457 mln. manat, depozit portfeli 46,916 mln. manat, kredit portfeli 47,901 mln. manat, məcmu kapitalı 11,750 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR