Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi təsdiqlənib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi təsdiqlənib
# 26 noyabr 2009 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Milli Məclisdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin layihəsi təsdiq olunub. «APA-Economics»in bildirdiyinə görə, gələn il Fondun gəlir və xərcləri müvafiq olaraq 1 757,216 mln. manat səviyyəsində müəyyənləşdirilib. Qeyd edək ki, bu, 2009-cu ilin müvafiq proqnoz göstəricisindən 3,3% azdır.

Gəlirlərin böyük hissəsi - 1 221 mln. manatı dövlət sosial sığorta haqlarından daxilolmalardır. Gələn il dövlət büdcəsindən DSMF-yə transfertlər 533,7 mln. manat nəzərdə tutulur ki, bu da fondun ümumi gəlirinin 30,4%-nə bərabərdir. DSMF-nin xərclərinin 1 688 mln. manatını əhaliyə ödənişlər, o cümlədən 1 633 mln. manatını əmək pensiyaları təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR