Azərbaycan parlamenti 2010-cu il üçün dövlət büdcəsini təsdiqləyib - YENİLƏNİB
Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinin ümumi xərclərində artım baş verməyib. Maliyyə naziri bildirib ki, büdcə xərclərinin daxilində bəzi dəyişikliklər edilib. Bir neçə sahə üzrə nəzərdə tutulan vəsaitlər artırılıb. Belə ki, büdcədə alternativ enerji mənbələrinin işlənilməsi, o cümlədən ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun büdcə xərcləri 20 mln. manat artırılacaq. Artım üçün nəzərdə tutulan vəsaitdən 2010-cu ilin «Ekologiya ili» elan olunması ilə əlaqədar ekoloji tədbirlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə, ekoloji-təmiz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur. Artımlar nəzərə alınmaqla, 2010-cu il üçün icmal büdcənin xərclərinin yuxarı həddi 12,636 mlrd. manat təşkil edəcək.
S.Şərifovun sözlərinə görə, elmi-tədqiqat institutlarının fəaliyyətinin yaxşılaşdırılması, müasir avadanlıqlarla təminatının gücləndirilməsi üçün elm xərclərinə əlavə olaraq 3 mln. manat, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması, şəkər diabeti üzrə dövlət proqramı və digər proqramların maliyyə təminatı ilə bağlı səhiyyə xərclərinə əlavə olaraq 4 mln. manat, tarixi abidələrin bərpası, xaricdə Azərbaycan mədəniyyəti mərkəzlərinin yaradılması, sənədli filmlərin çəkilişi və digər mədəniyyət tədbirlərinin maliyyələşdirilməsi üçün mədəniyyət xərclərinə isə əlavə olaraq 6,3 mln. manat ayrılacaq. Bundan başqa, Milli Məclisin və Xarici İşlər Nazirliyinin əməkhaqqı fondu müvafiq olaraq 458 min və 580 min manat artırılması məqbul sayılıb.
Ümumilikdə, deputatların təklifi ilə ayrı-ayrı sahələr üçün təklif olunan cəmi 14,3 mln. manat vəsaitin 93%-i sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
«Bu xərclərin ayrılması dövlət büdcəsi xərclərinin artımına gətirib çıxarmayacaq. Dövlət büdcəsi xərclərinin məbləği əvvəlki kimi 11,264 mlrd. manat səviyyəsində qalacaq. Bəzi xərclərə tətbiq ediləcək artım isə 2010-cu il büdcəsində valyuta konvertasiyası üçün nəzərdə tutulan vəsaitin azaldılması hesabına həyata keçiriləcək», - deyə S.Şərifov vurğulayıb.
Qeyd edək ki, 2010-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində saxlanılıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov isə qeyd edib ki, deputatların təklilərini digər əlaqədar qurumlarla müzakirə ediblər və növbəti ildə müəyyən irəliləyişin əldə olunması üçün mənbələrin axtarılması qərara alınıb. S.Müslümov qeyd edib ki, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 1 757,216 mln. manat səviyyəsində müəyyənləşdirilib. Azərbaycanda yaşayış minimumu 87 manat, ehtiyac meyarı isə 65 manat məbləğində təsdiq edilib.
Həmçinin, Milli Məclisin xərcləri 16 827 033 manat, Hesablama Palatasının xərcləri isə 3 727 021 manat təsdiq edilib.
Daha sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin hər biri 101 nəfər lehinə, 8 əleyhinə olmaqla qəbul edilib.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
Makronun zəifləyən nüfuzu fonunda Azərbaycana qarşı kampaniyası - TƏHLİL
Tramp: Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib
Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp: Bu gün yenidən İranı sərt şəkildə vuracağıq
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Dəniz mənzərəsi, park yaxınlığı və ipoteka imkanı bir arada - “Kristal”
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək