Bank Of Baku

Gələn həftə «United Credit Bank»ın Bakıda ilk şöbəsi açılacaq

Gələn həftə «United Credit Bank»ın Bakıda ilk şöbəsi açılacaq
# 26 noyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) gələn həftə Bakıda ilk şöbəsini açacaq.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Bakı şəhəri Nizami küçəsində yerləşən şöbədə müştərilərə bankın təklif etdiyi bütün məhsullar təqdim olunacaq: «Şöbə üçün Azərbaycan Mərkəzi Bankından lisenziya artıq alınıb. Yalnız İT təchizatla bağlı işlər qalıb ki, bu da bu həftə tamamlanacaq».

Qeyd edək ki, yaxın vaxtlarda bankın İmişli filialının da açılışı keçiriləcək.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR