Bank Of Baku

Gələn il Azərbaycanda təqaüdçülərin pensiya təminatındakı fərq aradan qaldırılacaq

Gələn il Azərbaycanda təqaüdçülərin pensiya təminatındakı fərq aradan qaldırılacaq
# 26 noyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış təqaüdçülərlə bu tarixdən sonra pensiyaya çıxmış insanların pensiya təminatındakı fərqin aradan qaldırılması sahəsində müvafiq qərarların qəbulu gözlənilir. «APA-Economics»in bildirdiyinə görə, bunu Milli Məclisdə çıxışında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

«Hazırda bu məsələ üzərində iş gedir. Bunun üçün nə qədər vəsaitin tələb olunması araşdırılır», - deyə S.Müslümov vurğulayıb.

DSMF sədri onu da qeyd edib ki, 2010-cu ildə bu məsələnin araşdırılması üçün müvafiq qərarların qəbulu gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR