Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyasına daha iki təşkilat üzv olub

Azərbaycan Mikromaliyyə Assosiasiyasına daha iki təşkilat üzv olub
# 26 noyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AmrahBank» Səhmdar Kommersiya Bankı (SKB) və «Omni Finance» qeyri-bank kredit təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) üzv olub. Bu barədə «APA-Economics»ə AMA-nın icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

J.Hacıyevanın sözlərinə görə, bununla da quruma üzv olan bank və qeyri-bank kredit təşkilatlarının ümumi sayı 28-ə çatıb. Bu təşkilatlar tərəfindən quruma ödənilən üzvlük haqqının məbləği üzv təşkilatların aktivlərinin həcmindən asılıdır. Belə ki, aktivləri 5 mln. manatdan çox olan kredit təşkilatları 3,5 min manat, aktivləri bu məbləğdən aşağı olan təşkilatlar isə 1,5 min manat məbləğində üzvlük haqqı ödəyir.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR