Bank Of Baku

Azərbaycanın fond bazarında dilerlərin sayı azalıb

Azərbaycanın fond bazarında dilerlərin sayı azalıb
# 26 noyabr 2009 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qiymətli kağızlar bazarında peşəkar iştirakçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qiymətli kağızlar bazarında 14 broker və 12 diler fəaliyyət göstərib ki, brokerlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib, dilerlərin sayı isə 7,7% azalıb.

Bundan başqa, yanvar-oktyabr aylarında qiymətli kağızların idarə olunması üzrə 3, klirinq üzrə 1, depozitar üzrə 3, reyestrsaxlayıcı fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə isə 1 peşəkar iştirakçılar fəaliyyət göstərib. Bütün bu fəaliyyət göstərən iştirakçıların sayı ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR