Bank Of Baku

«Aqrolizinq» nizamnamə kapitalını artırır

«Aqrolizinq» nizamnamə kapitalını artırır
# 26 noyabr 2009 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə yaxın vaxtlarda başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 15 mln. manat təşkil edir.

«Aqrolizinq» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Standard Capital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 99,9% artaraq 30,02 mln. manata çatacaq.

Qeyd edək ki, «Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 15,02 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR