Bank Of Baku

«Royal Bank» dekabrın 15-dən yeni səhm emissiyasını yerləşdirməyə başlayacaq

«Royal Bank» dekabrın 15-dən yeni səhm emissiyasını yerləşdirməyə başlayacaq
# 26 noyabr 2009 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabrın 15-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Royal Bank» Açıq Səhmdar Cəmiyyətinin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 800 min manat təşkil edir.

«Royal Bank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 40,2% artaraq 20,712 mln. manata çatacaq.

Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR