Bank Of Baku

ABŞ-da 1 milyondan artıq müflislik qeydə alınıb

ABŞ-da 1 milyondan artıq müflislik qeydə alınıb
# 27 noyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ iqtisadiyyatında müflisliklərin sayı 2009-cu ilin üçüncü rübü ərzində 33% artaraq 388 minə çatıb ki, bu da 2005-ci ildən ən yüksək rüblük göstəricidir. “APA-Economics”in məlumatına görə, ümumilikdə ilin əvvəlindən müflisliklərin sayı 35% artaraq 1,1 milyona çatıb. Müqayisə üçün qeyd edək ki, bütün 2008-ci ili ərzində bu göstərici 1,117 milyona bərabər olub.
Fərdi müflisliklərə gəldikdə, onların sayı 373 minə bərabərdir ki, bunun da əsas səbəbi iqtisadi böhrandır. Çünki onun nəticəsində ABŞ-da işsizlik səviyyəsi artıb, əhalinin gəlirləri ilə yanaşı, ümumilikdə alıcılıq qabiliyyəti və öhdəliklərin yerinə yetirilməsi qabiliyyəti azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR