Bank Of Baku

Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclası keçirilib

Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclası keçirilib
# 27 noyabr 2009 08:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Dehlidə Hindistan-Azərbaycan ticarət, iqtisadiyyat və elmi-texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ilk iclası keçirilib. Bu barədə APA-ya Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib. İclas çərçivəsində iki ölkə arasında ticarət münasibətlərinin genişləndirilməsi, sənaye, iqtisadiyyat, elmi-texnoloji əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşün yekunu olaraq protokol imzalanıb.
Qeyd edək ki, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Hindistan tərəfdən isə ticarət və sənaye naziri Cotiraditya Sindiadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR