Bank Of Baku

Azərbaycanın fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı tətbiq olunan inzibati cərimələrin həcmi kəskin artıb

Azərbaycanın fond bazarında investorların hüquqlarının qorunması ilə bağlı tətbiq olunan inzibati cərimələrin həcmi kəskin artıb
# 30 noyabr 2009 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən investorların hüquqlarının qorunmasına dair bir sıra tədbir görülüb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Komitəyə 335 səhmdar cəmiyyəti üzrə 185 şikayət ərizəsi daxil olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə səhmdar cəmiyyətlərin sayı 5% artıb, şikayət ərizələrinin sayı isə 9,8% azalıb. Daxil olmuş şikayətlərlə bağlı QKDK tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, 40 550 manat məbləğində 166 inzibati cərimə tətbiq edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cərimələrin ümumi həcmi 3,5 dəfə, sayı isə 3,2 dəfə artıb.

Bundan başqa, hesabat dövründə investorlar Komitəyə 316 illik hesabat təqdim edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabatların sayı 33,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR