Bank Of Baku

Azərbaycan fond bazarında sadə veksellərin emissiyası 4 dəfədən çox artıb

Azərbaycan fond bazarında sadə veksellərin emissiyası 4 dəfədən çox artıb
# 30 noyabr 2009 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qiymətli kağızlar bazarında sadə veksellərin həcmi ötən ilin ilk on ayı ilə müqayisədə 4,4 dəfə artıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər ötən ilin yanvar-oktyabr aylarında sadə vekselərin həcmi 58,5 mln. manat təşkil edirdisə, cari ilin eyni dövrü ərzində bu rəqəm 259,1 mln. manata çatıb.

Girov və ipoteka kağızlarına gəldikdə isə, hesabat dövründə girovun dövlət qeydiyyatının sayı 51,9%, girovun əlavə dövlət qeydiyyatının sayı isə 76,3% azalıb. İpoteka kağızının qeydiyyatı 2,2 dəfə artaraq 499 ədəd, əlavə qeydiyyatı isə 34,7% artaraq 295 ədəd təşkil edib.

Bununla yanaşı, hesabat dövründə mənzil sertifikatlarının həcmi, sayı və sahəsi də artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən mənzil sertifikatlarının sayı 51,2% artaraq 387 ədəd, məbləği 19,6 dəfə artaraq 277,1 mln. manat, buraxılan mənzil sertifikatlarının əhatə etdityi sahə isə 3,1 dəfə artaraq 81 831 kv. metrə çatıb. Emitentlərin sayı isə 3 ədəd təşkil edib ki, bu da ötən ildəkindən 25% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR