Bank Of Baku

Baş nazir Kərim Mənsimov: «Gömrük İttifaqının yaradılması Qazaxıstanın iqtisadi həyatı üçün mühüm mərhələdir» - FOTO

Baş nazir Kərim Mənsimov: «Gömrük İttifaqının yaradılması Qazaxıstanın iqtisadi həyatı üçün mühüm mərhələdir» - <font color=red>FOTO</font>
# 30 noyabr 2009 10:53 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Astanada ənənəvi «Ekspert-100 – Qazaxıstan» iqtisadi forumu keçirilib. Tədbirdə ölkədə fəaliyyət göstərən iri şirkətlərin il ərzində qazandıqları uğurlar, maliyyə sektoru, sənayenin innovasiya bazaları, infrastruktur sahəsində potensialın hesablanması ilə bağlı mühazirələr və müzakirələr dinlənilib.

İqtisadi forumda iştirak edən Qazaxıstanın baş naziri Kərim Mənsimov çoxdan həyata keçirmək istədikləri Gömrük İttifaqına dair sazişin ötən həftə Minskdə (Belarus) imzalanmasını ölkənin iqtisadi həyatı üçün mühüm mərhələ kimi qiymətləndirib. K.Mənsimov bildirib ki, Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə aparılan danışıqlar nəticəsində birgə Gömrük Məcəlləsi qarşıdakı yarım il ərzində qüvvəyə minəcək.

Baş nazir bu ilin dekabr ayının 11-də hər üç ölkənin hökumət başçısının Sankt-Peterburq şəhərində görüşərək Vahid Gömrük Məkanının perspektivlərini müzakirə edəcəklərini vurğulayıb. Dekabrın 18-də isə hər üç ölkənin dövlət başçıları Almatıda keçiriləcək görüşdə Vahid Gömrük Məkanının yaradılmasının mərhələləri haqqında müzakirə aparacaqlar.

Bundan başqa, K.Mənsimov qeyd edib ki, Cin, Rusiya və Belarus ərazisindən Qazaxıstana gətiriləcək mallara gömrük nəzarətinin sadələşdirilməsi barədə də müzakirələr aparılır və bu, bazar iqtisadiyyatının yeni formasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR