Bank Of Baku

«Azərqarant Sığorta» nizamnamə kapitalını artırır

«Azərqarant Sığorta» nizamnamə kapitalını artırır
# 01 dekabr 2009 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərqarant Sığorta» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 270 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 2,7 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Azərqarant Sığorta» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2,6 dəfə artaraq 4,4 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 394,486 min manat, ödənişlərin həcmi isə 70,160 min manat olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR