Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının banklara qarşı tələbləri kəskin artıb

Azərbaycan Mərkəzi Bankının banklara qarşı tələbləri kəskin artıb
# 01 dekabr 2009 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının ölkədə fəaliyyət göstərən kommersiya banklarına qarşı tələblərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 1 341,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 212,9 mln. manat və ya 10,4 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 1 108,3 mln. manat və ya 5,8 dəfə artıb.

Qeyd edək ki, banklara tələblərin kəskin artması cari ilin ortalarında baş verib. Məsələn, təkcə iyul ayında bu göstərici 411,5 mln. manat, növbəti ayda isə 327,3 mln. manat artıb.

Mərkəzi Bankın kommersiya banklarına qarşı tələblərinin əsas hissəsini yenidənmaliyyələşdirmə təşkil edir ki, bu sahədə son aylar banklar öz fəallığını kəskin artırıb. Bunun səbəbi isə ilk növbədə cari likvidliyin təmin edilməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR