Bank Of Baku

Rusiyalı biznesmen qızına bank hədiyyə edib

Rusiyalı biznesmen qızına bank hədiyyə edib
# 01 dekabr 2009 09:14 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyalı biznesmen Sergey Veremeyenko özünə məxsus “Sentrkombank”ın səhmlərinin 50%-ni qızına bağışlayıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı Marqarita Veremeyenko hazırda bankın İnvestisiya Departamentinə rəhbərlik edir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq biznes və işgüzar inzibatçılıq fakültəsini bitirib.

Sergey Veremeyenko qərarının səbəbini belə izah edib ki, qızının öz bacarığını nümayiş etdirməsinə ehtiyac yoxdur: “O, anadan rəis kimi doğulduğundan, hazır müəssisədə işləməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR