Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 01 dekabr 2009 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaxın günlərdə Bakı şəhərinin Əhmədli qəsəbəsində filial açacaq. Bu barədə «APA-Economics»ə bankın baş mühasibi Mətanət Qasımova məlumat verib.

M.Qasımovanın sözlərinə görə, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi,3 ünvanında yerləşən filial müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, kredit depozit əməliyyatları, sürətli pul köçürmələri və digər bank xidmətləri göstərəcək.

M.Qasımova həmçinin qeyd edib ki, bank 2010-cu ilin yanvar ayında paytaxtda - Yusif Məmmədəliyev küçəsi,13 ünvanında daha bir filial açmaq niyyətindədir. Hazırda həmin filialin ofisində təmir-tikinti işləri aparılır. Qeyd edək ki, hazırda bankın respublika üzrə 4 filialı mövcuddur.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR