«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,17% azalaraq 0,8012 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,03% azalaraq 0,8024 manata bərabər olub:
Göründüyü kimi, valyuta bazarında bir ticarət sessiyası ərzində məzənnənin kəskin azalması ilə dövriyyənin kəskin artması baş verib. Adətən, bu iki, biri-birinə bağlı olan dəyişiklik bazarın iki iri iştirakçıları arasında ünvanlı konvertasiya əqdləri zamanı müşahidə olunur.
Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,15% artaraq həftənin son gününə 1,2130 manat təşkil edib: