Bank Of Baku

«Amrahbank» Bakıda yeni filial açıb

«Amrahbank» Bakıda yeni filial açıb
# 01 dekabr 2009 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı şəhərində yeni filialı açılıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsi,35 ünvanında yerləşən filial müştərilərə bütün bank xidmətlərini təklif edir.

Filialın açılış mərasimində iştirak edən «Amrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədov bildirib ki, yeni filialın açılması bankın filial şəbəkəsinin genişləndirilməsi planının tərkib hissəsidir: «Biz bazarda mövcud vəziyyəti təhlil etdikdən sonra bu ünvanda filial açmaq qərarına gəldik».

Xatırladaq ki, hazırda bankın respublika üzrə 24 filialı mövcuddur.

Təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreynin Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 63,094 mln. manat, depozit portfeli 35,740 mln. manat, kredit portfeli 36,702 mln. manat, məcmu kapitalı 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR