Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə «Caspian Financial» başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə «Caspian Financial» başçılıq edir
# 02 dekabr 2009 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Caspian Financial» şirkəti başçılıq edir.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 3 müştəriyə ümumi dəyəri 16 278 616,54 manat olan broker xidmətləri göstərib. İkinci yeri 2 müştəriyə ümumi həcmi 12 094 400,00 manatlıq broker xidmətləri göstərmiş «YapıKredi İnvest» tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 11 002 500,20 manatla «BoB Broker» qərarlaşıb.

Qeyd edək ki, noyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, oktyabr ayında göstərilmiş broker xidmətlərin maksimal həcmi 30 193 833,87 manat təşkil edib.

2009-cu il noyabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinqi

 

Mövqe (noyabr)

Mövqe (oktyabr)

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatlarının həcmi (AZN)

1

1

Caspian Financial

10

3

16 278 616,54

2

2

YapıKredi İnvest

2

2

12 094 400,00

3

3

BoB Broker

7

1

11 002 500,20

4

5

Brokdil-Az

3

1

5 015 969,32

5

4

Texnika Capital Management

4

3

3 173 243,26

6

6

Unicapital

1

1

3 000 000,00

7

7

Respublika İnvest

1

1

2 612 376,45

8

-

ADB-Broker

1

1

1 499 198,80

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR