Bu əmsalın ən sadə hesablanması mexanizmi bankların məcmu kapitalının aktivlərin həcminə nisbətinin çıxarılması prinsipinə əsaslanır. Banklar fəaliyyətin minimal kapital əsasında qurulmasının tərəfdarı olsa da, bank sektorunda tənzimləyici funksiyalarını yerinə yetirən dövlət qurumları əksinə, kapitalın həcminin mütəmadi artırılmasının lehinə çıxış edir. Çünki kapitalın yetərliliyi bankın ümumi etibarlılığını qiymətləndirir.
Ekspertlərin fikrincə, məhz bu göstərici bankın əmanətçilərə maddi ziyan vurmadan hansı səviyyədə zərəri maliyyələşdirmək iqtidarında olduğunu əks etdirir.
Aşağıdakı cədvəldə ölkədəki bankların kapitalın yetərliliyi əmsalı (01.10.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Məcmu kapital/Aktivlər (%) | |
1 | Kövsər Bank | 59,15 |
2 | Bank Avrasiya | 57,91 |
3 | Paşa Bank | 48,49 |
4 | Gəncəbank | 46,49 |
5 | Azərbaycan Kredit Bankı | 46,19 |
6 | Günaybank | 43,41 |
7 | Melli İran Bankı - Bakı | 40,06 |
8 | Birlik Bank | 38,73 |
9 | Deka Bank | 37,84 |
10 | United Credit Bank | 37,75 |
11 | NBCBank | 37,03 |
12 | Azərnəqliyyatbank | 35,87 |
13 | AmrahBank | 32,28 |
14 | Atrabank | 31,39 |
15 | YapıKredi Bank Azerbaijan | 30,67 |
16 | Qafqaz İnkişaf Bankı | 27,03 |
17 | Kredo Bank | 24,06 |
18 | Azər-Türk Bank | 23,76 |
19 | Azərbaycan Sənaye Bankı | 21,91 |
20 | UniBank | 21,80 |
21 | AccessBank | 20,94 |
22 | Turan Bank | 20,04 |
23 | Bank of Baku | 18,49 |
24 | DəmirBank | 18,07 |
25 | Kapital Bank | 17,27 |
26 | Muğan Bank | 16,81 |
27 | Bank Standard | 16,02 |
28 | Royal Bank | 16,01 |
29 | Xalg Bank | 15,95 |
30 | Para Bank | 15,78 |
31 | AGBank | 15,71 |
32 | Rabitabank | 15,68 |
33 | Bank Respublika | 15,43 |
34 | Texnika Bank | 13,35 |
35 | Bank of Azerbaijan | 13,33 |
36 | Nikoil Bank | 13,30 |
37 | AtaBank | 13,17 |
38 | Zamin Bank | 10,74 |
39 | Azərbaycan Beynəlxalq Bankı | 9,50 |
Kapitalın yetərliliyi əmsalına gəldikdə isə, ilk yeri respublikanın ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) deyil, «Kövsər Bank» tutub. Belə ki, bu bank üzrə kapitalın yetərliliyi əmsalı 59,15%-ə bərabərdir. ABB isə 9,50% göstəricisi ilə sonuncu pillədə qərarlaşıb.
Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, kapitalın yetərliliyi əmsalının 10-20% civarında olmacı daha məqsədəuyğundur və bu, bankın etibarlı olduğunu göstərir. Həmin əmsalın həddindən artıq yüksək olması isə əksər hallarda bankların aktivlər cəlb etmək sahəsində mövcud problemləri ilə bağlıdır. Yəni, yuxarıdakı renkinqin ikinci yarısında yerləşən bankların vəziyyətini müsbət qiymətləndirmək mümkündür.