Bank Of Baku

«Texnika Leasing» nizamnamə kapitalını kəskin artırıb

«Texnika Leasing» nizamnamə kapitalını kəskin artırıb
# 02 dekabr 2009 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» Qapalı Səhmdar Cəmiyyəti (QSC) nizamnamə kapitalını 11,5 dəfə artıraraq 2,5 mln. manata çatdırıb.

Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, nizamnamə kapitalı şirkətin təsisçisi «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) tərəfindən artırılıb.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır.

Şirkətin fəaliyyət dairəsi yalnız Abşeron iqtisadi rayonunu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR