Bank Of Baku

«AzSığorta» bu il 11 mln. manata yaxın sığorta haqqı toplamaq niyyətindədir

«AzSığorta» bu il 11 mln. manata yaxın sığorta haqqı toplamaq niyyətindədir
# 02 dekabr 2009 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin strateji planına əsasən, bu il ərzində 11 mln. manata yaxın sığorta haqqının toplanacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Fuad Sadıqov bildirib.

F.Sadıqovun sözlərinə görə, sığorta haqlarının strukturunda «Yanğından icbari sığorta», «Yüklərin sığortası» və «Bank kreditlərinin sığortası» növlərinin daha yüksək paya sahib olacağı gözlənilir.

Qeyd edək ki, şirkətin 2008-ci ildə topladığı sığorta haqlarının ümumi həcmi 2009-cu il üzrə proqnozlaşdırılan məbləğdən 10% çox olub.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR