Bank Of Baku

Azərbaycanda nəzarət-kassa aparatlarının satışı, istismarı, servisi və təmiri qaydaları haqqında əsasnaməyə dəyişikliklər edilib

Azərbaycanda nəzarət-kassa aparatlarının satışı, istismarı, servisi və təmiri qaydaları haqqında əsasnaməyə dəyişikliklər edilib
# 02 dekabr 2009 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının (NKA) satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə»yə əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavələrdən biri NKA-nın yeni modeli - elektron məsafədən ötürmə qurğusu ilə bağlıdır. Belə ki, vergi orqanlarının əməkdaşları uzaqdan GSM modem və ya digər rabitə vasitələri ilə NKA-nın yaddaşındakı məlumatları oxuya biləcəklər.

Nazirlər Kabinetinin qərarına əsasən, NKA sifarişçilərinə və təchizatçılarına (istehsalçılarına), servis texniki xidmət mərkəzlərinə müəyyən edilmiş obyektlərdə vergi ödəyicilərinin istifadəsində olan NKA elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılmasını 20 təqvim günü müddətində təmin etmək tapşırılıb. NKA elektron məsafədən ötürmə qurğularının alınması və quraşdırılması xərcləri, habelə yaddaşı dolmuş lentlərin dəyişdirilməsi həmin aparatların istehlakçıları üçün ödənişsiz olaraq dövlət vergi orqanlarının büdcədənkənar fondunda bu məqsədlər üçün ayrılan vəsait hesabına, elektron məsafədən ötürmə qurğusunun istismarı ilə əlaqədar rabitə xərcləri, habelə zəruri texniki avadanlıqların alınması xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılması imkanı olmayan və bu qərar qüvvəyə minənədək istehlakçıların istifadəsində olan NKA-lar Dövlət Reyestrinə daxil edilmiş digər nəzarət-kassa aparatları ilə əvəz olunur və ya elektron məsafədən ötürmə qurğularının quraşdırılmasına imkan yaradılması məqsədi ilə onların zəruri hissələri yeniləri ilə əvəz edilir. Qaydalara əsasən, vergi orqanlarında qeydiyyat ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti işlək vəziyyətdə vergi orqanlarına təhvil verilməlidir.

Əlavə və dəyişikliklər 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR