Bank Of Baku

Azərbaycan hökuməti milli yığma komandaları üçün ölkəyə gətirilən idman avadanlığı və malları gömrük idxalı rüsumlarından azad edib

Azərbaycan hökuməti milli yığma komandaları üçün ölkəyə gətirilən idman avadanlığı və malları gömrük idxalı rüsumlarından azad edib
# 02 dekabr 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Bədən tərbiyəsi və idman haqqında» qanunun tətbiqi ilə əlaqədar olaraq bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarı ilə Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına edilmiş əlavəyə əsasən, milli yığma komandalarının hazırlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları gömrük idxalı rüsumlarından azad edilib.

Yeni qərarın qəbulu ilə əlaqədar olaraq Nazirlər Kabinetinin «Mütəşəkkil formada bədən tərbiyəsi və idmanla məşğul olarkən sağlamlığına ziyan dəymiş vətəndaşlara tibbi, sosial və peşə reabilitasiyası üzrə xidmət göstərilməsi Qaydaları», «Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun əsasları və qaydasının təsdiq edilməsi haqqında» qərarı və Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 25s nömrəli sərəncamı qüvvədən düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR