İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin çıxarılmasına əsaslanır.
Bu əmsalın hesablanması bankların cari likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.10.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Kredit / Depozit | |
1 | Birlik Bank | 32,82 |
2 | NBCBank | 11,27 |
3 | Gəncəbank | 8,84 |
4 | Qafqaz İnkişaf Bankı | 7,40 |
5 | Atrabank | 5,32 |
6 | AccessBank | 5,28 |
7 | Azərbaycan Kredit Bankı | 4,93 |
8 | Zamin Bank | 3,76 |
9 | Deka Bank | 3,07 |
10 | Günaybank | 2,88 |
11 | Nikoil Bank | 2,58 |
12 | United Credit Bank | 2,43 |
13 | Unibank | 2,43 |
14 | Turan Bank | 2,39 |
15 | Texnika Bank | 2,32 |
16 | DəmirBank | 2,09 |
17 | Azərbaycan Beynəlxalq Bankı | 1,85 |
18 | Bank of Azerbaijan | 1,85 |
19 | Royal Bank | 1,82 |
20 | Kredo Bank | 1,82 |
21 | Bank Avrasiya | 1,69 |
22 | AGBank | 1,67 |
23 | Melli İran Bankı - Bakı | 1,63 |
24 | Bank Respublika | 1,61 |
25 | Bank of Baku | 1,54 |
26 | Muğan Bank | 1,34 |
27 | Bank Standard | 1,14 |
28 | Xalg Bank | 1,08 |
29 | Amrahbank | 1,03 |
30 | Para Bank | 1,02 |
31 | Kapital Bank | 0,98 |
32 | Rabitabank | 0,92 |
33 | Azərbaycan Sənaye Bankı | 0,89 |
34 | Azər-Türk Bank | 0,84 |
35 | Paşa Bank | 0,78 |
36 | AtaBank | 0,78 |
37 | Azərnəqliyyatbank | 0,58 |
38 | YapıKredi Bank Azerbaijan | 0,56 |
39 | Kövsər Bank * | - |
«Kövsər Bank»* - Bank İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Likvidlik əmsalına gəldikdə isə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır.
Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olarsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.
Renkinqdən göründüyü kimi, adları çəkilən 39 bankdan yalnız 5-də («Xalq Bank», «Amrahbank», «Para Bank», «KapitalBank» və «Bank Avrasiya») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayılır.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «NBCBank», «Gəncəbank» və «Qafqaz İnkişaf Bankı»nda bu əmsal təxminən 7-32 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 7-32 dəfə üstələyir.