Bank Of Baku

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış Təhsil Sektorunun İnkişafı Layihəsinin son auditi həyata keçirilib

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış Təhsil Sektorunun İnkişafı Layihəsinin son auditi həyata keçirilib
# 02 dekabr 2009 16:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış kredit sazişi əsasında icra olunan Təhsil Sektorunun İnkişafı Layihəsinin son auditi həyata keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. “Baker Tilly Azerbaijan” MMC ilə Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb.

Auditorlar Layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər.

“Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan Layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına auditor rəyi verib: “Bizim rəyimizə görə, layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları bütün əhəmiyyətli aspektlər baxımından layihənin 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının təlimatlarına uyğun olaraq düzgün əks etdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR