Bank Of Baku

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Hindistana 1 mlrd. dollar kredit ayıracaq

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Hindistana 1 mlrd. dollar kredit ayıracaq
# 03 dekabr 2009 07:31 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı qrupunun üzvüdür) Hindistana 1 mlrd. dollar kredit ayıracaq.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, 5 il müddətinə ayrılan kredit Qanq çayının yatağının zibildən təmizlənməsi üçün nəzərdə tutulub.

BYİB-in ayırdığı kredit Hindistan hökumətinin Qanqın xilası üzrə dövlət proqramının bir hissəsidir. Çayı təmizləmək üçün indiyədək göstəilən cəhdlər uğursuzluqla nəticələnib. Əgər mövcud çirklənmə səviyyəsi davam edərsə, Qanq çayı 2020-ci ildə tamamilə məhv ola bilər.

Hindistanın əsas su arteriyası olan Qanq çayının uzunluğu 2,5 km-dir. Çay sənaye və kənd təsərrüfatı tullantıları ilə çirkləndirilib. Hazırda çayın sahilində 400 mln. nəfər yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR