Bank Of Baku

«DəmirBank» əmanətçilər arasında uduş kampaniyasının II tirajını keçirib

«DəmirBank» əmanətçilər arasında uduş kampaniyasının II tirajını keçirib
# 03 dekabr 2009 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankı (SKB) 20 illiyi ilə bağlı əmanətçilər arasında əsas hədiyyəsi «Toyota RAV4» avtomobili olan «Yubiley» adlı uduş kampaniyasının II tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu tirajda 7 günə iki nəfərlik Vyana səyahətinin və 4 rəqəmsal videokameranın qalibləri müəyyən olunub.

Qeyd edək ki, «Yubiley» kampaniyası 2010-cu ilin yanvar ayının sonunadək davam edəcək. Kampaniyanın digər hədiyyələri isə 7 günə iki nəfərlik xaricə səyahətlər (Praqa, Vyana, Milan, Paris) və 15 rəqəmsal videokameradan ibarətdir. Kampaniyanın növbəti tirajı dekabrın 30-da keçiriləcək. Kampaniyada «DəmirBank»da ən azı 1000 manat (USD, EUR, GBP) məbləğində və ən azı 12 ay müddətinə olan bütün əmanətlər iştirak edir («Sarı» əmanəti istisna olmaqla). Əmanətin hər 1000 manat məbləği hər hədiyyənin uduşu zamanı 1 şansa bərabərdir.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «DəmirBank» SKB 1989-cu ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 256,3 mln. manat, kredit portfelinin həcmi 187,8 mln. manat, müştəri depozitlərinin həcmi 90,6 mln. manat, məcmu kapitalı 45,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,4 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR