Gələn ildən Azərbaycan nümayəndəsini QDTİB-in rəhbər icra strukturlarına namizəd kimi irəli sürə biləcək
03 dekabr 2009 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən etibarən Qara Dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) Rusiya hökumətini təmsil edən və hazırda Bankın vitse-prezidenti vəzifəsini tutan Andrey Kondakov rəhbərlik edəcək.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu qərar cari ilin noyabrın 21-22-də Salonikidə (Yunanıstan) keçirilən Bankın Direktorlar Şurasının növbədənkənar iclasında qəbul olunub. Eyni zamanda, 2014-2018-ci illər arasında prezident vəzifəsinə növbəti namizədi irəli sürmək hüququ, bankın qurulduğu tarixdən etibarən ona rəhbərlik edən Türkiyə tərəfinə keçməsi qərara alınıb.
Bununla yanaşı, keçirilmiş iclasların yekununda 2010-cu ildən başlayaraq Azərbaycan bir nümayəndəsini Bankın rəhbər icra strukturlarına namizəd kimi irəli sürə bilməsi haqqında qərar da qəbul olunub.
Qeyd edək ki, QDTİB-in Direktorlar Şurasının iclasında Azərbaycanı ölkənin maliyyə naziri Samir Şərifov təmsil edib.

Maliyyə
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
18:31
6 sentyabr 2024
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata yaxınlaşıb
17:26
6 sentyabr 2024
Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir
13:46
6 sentyabr 2024
BDU-da fəaliyyətsiz tələbə yataqxanalarına görə işçilərə 280 min manat əmək haqqı ödənilib
13:11
6 sentyabr 2024