Bank Of Baku

Azərbaycanda yeni Prosessinq Mərkəzi yaradılır

Azərbaycanda yeni Prosessinq Mərkəzi yaradılır
# 03 dekabr 2009 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2010-cu ilin yanvar ayında özünün yeni Prosessinq Mərkəzini (Royal Bank Prosessinq Mərkəzi) istifadəyə verəcək. Bu barədə «APA-Economics»ə bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənov bildirib.

F.Həsənovun sözlərinə görə, artıq proqram təminatı alınıb və quraşdırılması prosesi tam yekunlaşıb: «Prosessinq Mərkəzinin istifadəyə verilməsi üçün «VİSA» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin yeni avadanlıqları quraşdırılacaq. Bu proses isə bu ilin dekabr ayının 10-dək başa çatdırılacaq. Daha sonra Prosessinq Mərkəzi testləşdiriləcək».

Qeyd edək ki, bank yeni Prosessinq Mərkəzinin yaradılması ilə bağlı işlərə bu ilin yanvar ayından başlayıb. Bu mərkəz vasitəsi ilə ay ərzində 1 mln-dan artıq plastik kart üzrə əməliyyatların aparılması mümkün olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda «MilliKart», «AzeriCard» və «Kapital Bank»ın təsis etdiyi Prosessinq Mərkəzləri fəaliyyət göstərir.

Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR