Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Sığorta» nizamnamə kapitalını artırır
# 03 dekabr 2009 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

Birja mütəxəssislərinin fikrincə, «Azərbaycan Sənaye Sığorta» artıq bu ilin dekabr ayında səhmlərin yerləşdirilməsinə başlayacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 3 dəfə artaraq 3 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR