Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində əməliyyatların həcmi noyabrda 2,2 dəfə artıb

Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində əməliyyatların həcmi noyabrda 2,2 dəfə artıb
# 04 dekabr 2009 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 51 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 17 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 99,497 mln. manat və ya dollar ekvivalentində 124,027 mln. təşkil edib. Bu isə cari ilin oktyabr ayı ilə müqayisədə 54,6 mln. manat və ya 2,2 dəfə çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 6,528 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,432 mln. dollar təşkil edib.

Eyni zamanda, noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (20,73%), «Unibank» (12,89%), «Azərbaycan Sənaye Bankı» (12,11%), «AGBank» (9,42%) və «Amrahbank» (5,89%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR