Bank Of Baku

Azərbaycan milli valyutası ötən ay 0,3% bahalaşıb

Azərbaycan milli valyutası ötən ay 0,3% bahalaşıb
# 04 dekabr 2009 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,3% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8033 AZN-dən 0,8012 AZN-dək bahalaşıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi noyabr ayında 0,8022 AZN-ə bərabər olub. Halbuki, cari ilin oktyabr ayında bu göstərici 0,8032 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 17 bankın iştirakı ilə 99,497 mln. manat və ya 124,027 mln. dollar həcmində 51 alqı-satqı əqdi qeydə alınıb. Bu isə oktyabr ayı ilə müqayisədə 2,2 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR