Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri artıb

Azərbaycanda bankların xarici öhdəlikləri artıb
# 04 dekabr 2009 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 1 803,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 351,6 mln. manat və ya 16,3% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 244,9 mln. manat və ya 12% azalıb. Eyni zamanda, oktyabrda bankların xarici öhdəlikləri 6,8 mln. manat və ya 0,4% artıb.

Xatırladaq ki, Azərbaycandakı kommersiya banklarının xarici öhdəliklərinin maksimal həddi ötən ilin məhz noyabrın 1-də (2 155,2 mln. manat) qeydə alınıb.

Cari ildə bankların xarici öhdəliklərində azalma dinamikası müşahidə olunub və ümumilikdə, ötən ilin həddindən daha aşağı səviyyədə sabitləşib. Bunun əsas səbəbi dünya maliyyə böhranı ilə əlaqədar Azərbaycan banklarının xarici maliyyə qurumlarından və beynəlxalq maliyyə təşkilatlarından vəsaitlərin cəlb edilməsinin kəskin azalması ilə bağlıdır. Bununla bağlı, böhrandan sonra bankların xarici borcalma həcminin yenidən artması mümkündür, çünki cari ildə kreditləşmədə və ümumilikdə aktiv əməliyyatlardakı azalmanı banklar qısa zaman ərzində aradan qaldırmağı çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR